Birləşmiş Ştatlar administrasiyası ehtiyat edir ki, İran hakimiyyəti ABŞ və ya İsraili İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğramasında əli olmaqda ittiham edə bilər.
Qerbxeber.com xəbər verir ki, bu barədə “Politico” yazıb.
Nəşrin yazdığına görə, Vaşinqton Tehranın reaksiyasını diqqətlə izləyir və regional status-kvonun saxlanmasına ümid edir.
Eyni zamanda, məqalədə bildirilib ki, ABŞ hipotetik ittihamların İsraillə münasibətlərdə gərginliyin artmasına səbəb ola biləcəyindən ehtiyat edir.