İsrail Birləşmiş Millətlər Təşkilatının həm öz ərazisində, həm də Fələstində fəaliyyətinə məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirir.
Qerbxeber.com xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Yazıda bildirilir ki, bu addım BMT-nin ötən həftə açıqladığı hesabata cavab xarakteri daşıyır. Belə ki, sənəddə İsrail ordusunun Qəzza zolağında uşaqlara və qadınlara qarşı zorakılıq törətdiyi, eləcə də onların qətlinə səbəb olan hərbi əməliyyatlar keçirdiyi açıqlanıb.
İsrail hökumətinə yaxın mənbələr də bir sıra qadağaların qüvvəyə minəcəyini təsdiqləyib. Bildirilib ki, onların arasında BMT missiyasının İsrail ərazisindən və Qəzzadan çıxarılması, habelə onun sülh prosesi üzrə koordinatorunun fəaliyyətinin məhdudlaşdırılması da var.