Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Tyeri Burxardt NATO-dakı həmkarlarına Ukraynada alyans qoşunlarının yerləşdirilməsi məsələsini nəzərdən keçirmək təklifi göndərib, lakin mənfi cavab alıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə Politico nəşri ABŞ-nin NATO-dakı keçmiş daimi nümayəndəsi İvo Daalderin məlumatlarına istinadən yazıb.
Daalder bu fikrin Fransa Prezidenti Emmanuel Makronun həmin ehtimalı açıq şəkildə qeyd etməsindən bir neçə həftə əvvəl səsləndirildiyini açıqlayıb.