ABŞ və müttəfiqləri Çinin Rusiyaya hərbi yardım göstərməsi ehtimalına qarşı, rəsmi Pekinə qarşı sanksiyalar tətbiq etməyi müzakirə edir.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə Reuters aralarında 4 amerikalı məmurun da olduğu mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Çinə qarşı mümkün məhdudiyyətləri koordinasiya etmək üçün bir sıra ölkələr, o cümlədən G7 ölkələrindən dəstək gözləyir.
Sanksiyaların konkret detallarının olmadığı, ilkin müzakirələrin getdiyi vurğulanır.