Dünya

KİV: ABŞ Ukraynanın dövlət borcunu azaltmağa razılaşıb

16 aprel / 10:51 1 dəq
Indir 2025 04 16t104900.461
16 aprel / 10:51
Burada sizin reklamınız ola bilər

Ukrayna və ABŞ arasındakı danışıqlardan sonra rəsmi Vaşinqton Ukraynanın dövlət borcu kimi tanıdığı məbləği 300 milyarddan 100 milyard dollaradək azaltmağa razılaşıb.

Qerbxeber.com məlumatına görə, bu barədə “Bloomberg“ nəşri yazıb.

Bununla belə, rəsmi Vaşinqton hələ də Ukraynanın malik olduğu aktivlər, habelə faydalı qazıntıların hasilatı və infrastruktur layihələrindən əldə edilən gəlirlə bağlı razılaşmanın imzalanmasında israr edir.

ABŞ-ın təklifinə əsasən, yaradılacaq xüsusi fonda yönəldiləcək bu vəsait sonradan Ukraynanın bərpasında istifadə olunacaq.

Xatırladaq ki, rəsmi Kiyev sözügedən məbləğin hərbi yardım olaraq rəsmiləşdirilməsini istəyir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı