Azərbaycan və Gürcüstan arasında “Keşikçidağ” məsələsi ilə bağlı müsbət irəliləyiş əldə olunub.
Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Gürcüstan parlamentinin Xarici Əlaqələr komitəsində keçirilən dinləmədən sonra jurnalistlərə açıqlamasında deyib.
O, bu məsələnin mütləq strateji tərəfdaşlıq və dostluğa uyğun şəkildə həll ediləcəyini vurğulayıb.
Zurab Pataradze qeyd edib ki, iki ölkənin sərhəd komissiyaları məsələ üzərində işləyirlər və komissiyanın sessiyası pandemiyadan əvvəl keçirilib.
“Bu, mütləq davam edəcək. Mən sizi əmin edirəm ki, bu məsələ iki dost və strateji tərəfdaş ölkəyə yaraşan bir şəkildə həllini tapacaq. Müsbət bir məqam var ki, indi bu barədə danışa bilmərəm. David Qareci (Keşikçidağ-red.) məsələsi mütləq strateji tərəfdaşlara və dostlara uyğun şəkildə həll olunacaq. Gəlin hadisələri qabaqlamayaq”, – diplomat deyib.