Cari ilin yanvar-aprel aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 42,5 mln. ton yük, 550,0 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bununla da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,4% və 1,7% artım qeydə alınıb.
Sərnişinlərin 96,1%-i avtobus, 3,9%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Yük dövriyyəsi 2,4%, sərnişin dövriyyəsi isə 1,8% artıb.