Kanada hökuməti Ukraynaya vəsaitin ayrılmasını ehtiva edən büdcə paketini təqdim edib.
Qerbxeber.com xəbər verir ki, bu barədə “CP24” məlumat yayıb.
Hökumət 2030-cu ilədək hərbi xərcləri ÜDM-in 1,76 faizinə, o cümlədən növbəti beş ildə 8,1 milyard dollara çatdırmağı planlaşdırır.
Büdcədə Ukraynaya hərbi yardım üçün beş il ərzində 1,6 milyard dollar nəzərdə tutulub.