Kanadanın xarici işlər naziri Melani Joli ruslara qarşı yeni sanksiyalar paketini açıqlayıb. Aleksey Navalnının ölümünə görə tətbiq edilən paketdə 6 nəfərin adı yer alır.
Qerbxeber.com məlumatına görə, bu barədə Kanada Xarici İşlər Nazirliyinin sənədində deyilir.
Aleksey Navalnının öldüyü islah koloniyasının rəhbəri Vadim Kalinin Kanadanın sanksiya siyahısına daxil edilib. Sanksiya siyahısına Rusiya Federal Penitensiar Xidmətinin Yamal-Nen Muxtar Dairəsi üzrə rəhbəri İqor Rakitin, həmçinin Aleksandr Voropayev, Marina Bobek, Yekaterina Frolova və Kirill Nikiforov da daxil edilib.