Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Kamera yoldaşı: “İlkin deyirdi vicdanı təmizdir, gec-tez ədalət yerini tapacaq”

4 həftə ago
A A
ilk

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

“Qərb Xəbər” “APA”ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanovla eyni təcridxanada saxlanılan iki şahid dindirilib.

Vəzifə cinayətləri ilə bağlı həbs olunmuş Eyvaz Əliyev deyib ki, ittiham olunan şəxsin nəyə görə tutulmasındən xəbərdar olduğuna görə, əvvəl onunla eyni kamerada saxlanılmasını istəməyib. Lakin bir müddət sonra onun günahsız olduğuna əmin olub: “Onun uşaq öldürdüyünə görə həbs olunduğunu eşitmişdim. Bunun üçün ona qarşı idim. Çünki mənim nəslimdən bir neçə nəfər Xocalı soyqırımı zamanı həlak olub. Sonradan isə mən üç övladımı və həyat yoldaşımı itirmişəm. İki ay yarım İlkinlə eyni kamerada qaldıqdan sonra əmin oldum ki, o cinayətkar deyil. Əgər azca şübhəm olsaydı inanın ki, mən onunla çörək kəsməzdim. Onu da deyim ki, İlkinə görə bizim kamera xüsusi nəzarətdə idi.”

Şahid təqsirləndirilən şəxsin əleyhinə ifadə verən digər kamera yoldaşlarının dediklərinə də münasibət bildirib: “Bizimlə bir qalan iki məhkum deyib ki, İlkin gecə saxlayan zaman Nərmini öldürdüyünü deyib. Yalandı… Bizimlə eyni kamerada qalan məhkum Baxşəli Qəhrəmanov deyib ki, guya içəridə hörmətli biri olub. Həmin adam əxlaqsızlıq yuvaları təşkil etdiyinə görə həbs olunmuşdu. Təcridxanada da hörmətli məhkum olmayıb. Ondan “türmə”də məlumat yığmaq üçün istifadə edirdilər. Orda təcridxana rəisinə kimi hamı bilirdi ki, İlkin günahsızdır.”

İlkin Süleymanovun əleyhinə ifadə verən digər kamera yoldaşı Rəvan İsmayılovun sözlərinə münasibət bildirən şahidin dediyinə görə, Rəvan İsmayılov təcridxanada olan vaxt and içərək İlkinin günahsız olduğunu deyib: “Rəvan oğlunun canına and içdi ki, İlkin günahsızdır”.

Məhkəmədə daha sonra İlkinin dördüncü kamera yoldaşı Raqif Mirzəyev ifadə verib.
Raqif Mirzəyev də ifadəsində ittiham olunan şəxsin günahsız olduğunu deyib: “İlkin təcridxanaya gələndə pis gündə idi. Elə vəziyyətdə idi ki, yaxınlaşanda qorxurdu. Bir müddət keçdikdən sonra danışdı. Deyirdi ki, mənim vicdanım təmizdir, gec-tez ədalət yerini tapacaq.”

Şahidin ifadəsi yarımçıq qaldığı üçün proses sabah davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

Son xəbərlər

ilkin-suleymanov

Prezident İlkin Suleymanovu həbs edən hakimi işdən çıxardı

01 İyul 2022
indir (6)

Nazir: “Meymunçiçəyi virusuna qarşı heç bir vaksinasiya nəzərdə tutulmur”

01 İyul 2022
ccaac482-6c13-3267-8110-61d4b983f935_850

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb

01 İyul 2022
hava

İyul ayına olan hava proqnozu açıqlanıb

01 İyul 2022
usa

Qazaxda avtomobil 10 yaşlı uşağa ağır xəsarət yetirib

01 İyul 2022
logo-footer-ag

Saytımız 2018-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology
  • +994504089711
  • +994222955493
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.