Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə çağırış edib

1 ay ago
A A
12e1231b-307a-41b6-a6e0-a645ed501eb3_850

Biçindən dərhal sonra sonra payızlıq əkin üçün müəyyən hazırlıq işləri görülməlidir, fermerlər biçindən dərhal sonra yay şumunun aparılmasını vacib əməliyyat hesab etməlidirlər.

‘Qərb Xəbər’ məlumat verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov deyib.

Onun sözlərinə görə, fermerlər bu istiqamətdə işlərini təşkil etməlidirlər: “Aqrotexniki əməliyyatlar içərisində ən vacib əməliyyat yay şumun aparılmasıdır, bölgələrdən və torpaq iqlim şəraitindən aslı olaraq dərin şum aparılması da bura daxildir. Şumlamanın aparılmasının vaxtı müəyyənləşməlidir. Şumlama ona görə dərhal biçindən sonra aparılmalıdır ki, bitki biçiləndən sonra torpaqda nəmlik qorunub, saxlanılır. Biz həmin torpağı anında şumlamasaq günəşin şüalarının təsirindən, tempraturdan nəmlik itir. Nəmlik itəndən sonra kotan ərazini şumlamaqda çətinlik çəkir. Bu isə həm əlavə enerji və yanacaq deməkdir. Biçindən dərhal sonra şumlayanda traktor 20 litr yanacaq yandırırsa, şumlamanın vaxtını uzadanda isə bu, 25 -30 litr yanacaq sərfiyyatı deməkdir”.

İ.Cümşüdov qeyd edib ki, torpaqlar ağır mexaniki torpaqlardırsa, həmin torpaqlarda dərin şumun aparılması tövsiyə edilir: “Eyni zamanda, iki -üç ildən bir yumşaldıcı aqreqatla torpağın dərininə yumşaldılması tövsiyə edilir ki, bitkinin kök sistemi torpağa yaxşı nüfuz edə bilsin, yağışlar torpağa hopa bilsin. Əgər torpaqda şumlama aparılmırsa, əlbəttə ki, bitkinin kök sistemi dərininə inkişaf edə bilmir və müəyyən maneələr yaradır. Eyni zamanda, suyu da akkumlyasiya edə bilmir, hava, su rejimi normal qaydada olmadığına görə, bitki normal böyüyə bilmir. Bu da məhsuldarlığa təsir edir. Amma yüngül tipli torpaqlarda şumun aparılmasına ehtiyac yoxdur. Şumu əvəz edən yüngül becərmə ilə, yəni diskli ağır mala ilə becərmə aparmaq olar”.

O, torpağın dincə qoyulmasına münasibət bildirib:”Suvarma bölgəsində torpaqların dincə qoyulmasının əleyhinəyik. Biz torpaqdan maksimum dərəcədə səmərəli istifadə etməliyik. Çalışmalıyıq ki, bir təsərrüfat ilində bir sahədən bir-iki, hətta üçüncü məhsul götürək. Amma biz həmin torpağı dincə qoyuruqsa deməli bir il ərzində biz həmin torpaqdan istifadə etmirik. Bizim dəmyə bölgələrimiz var. Dəmyə bölgələrimizdə kənd təsərrüfatı sahəsi yağmurun miqdarından aslıdır. Ona görə də, quraq dəmyə bölgələrimizdə bir ildən bir torpaq dincə qoyulur. Torpağın dincə qoymağın mahiyyəti ondan ibarətdir ki, yağış torpaqda akkumlyasiya olsun. Ümumiyyətlə, dincə qoyulmuş sahə becərilməlidir”.

Xatırladaq ki, bölgələrdə taxıl biçini başa çatmış sahələrdə yay şumunun aparılması davam edir. İyunun 6-dək ölkə üzrə 177 725 hektar sahədə yay şumu aparılıb. Yay şumu aparılan sahələr növbəti il üçün proqnozlaşdırılan taxıl əkini sahələrinin 19,3 %-ini, biçin başa çatmış ərazilərin isə 35,12 %-ini təşkil edir.

 

 

 

Son xəbərlər

5cd915d99ae9f_ITKINQIZ-1

Şəmkirdə itkin düşən qadın Bakıda tapılıb

18 Avqust 2022
3

Qarabağ qazisi özünü yandırıb

18 Avqust 2022
49df243b-0bfb-343c-a320-02415d0f84e4_850

Kolleclərə ixtisas seçimin nəticələri açıqlanıb

18 Avqust 2022
54254ecb-562c-31a5-92e8-be256799ac6d_850 (2)

Müəllim, direktor və müavinlərinin maaşlarına aylıq əlavələr müəyyən edilib

18 Avqust 2022
sofulu

“Zor gücünə olsa belə Qazaxın kəntlərini qaytarmalıyıq” – Şərh

18 Avqust 2022
logo-footer-ag

Saytımız 2018-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology
  • +994504089711
  • +994222955493
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.