Fövqəladə hallar naziri Bərdədə vətəndaşları qəbul edəcək.
Qərb Xəbər məlumat verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən xəbərə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən martın 31-də Bərdə şəhərində, Bərdə Peşə liseyinin binasında saat 11:00-dan Bərdə və Tərtər rayonları sakinlərinin qəbulu keçiriləcək.
Qəbula gələn vətəndaşların qeydiyyatı 30 mart 2022-ci il tarixində Bərdə Peşə liseyinin binasında (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti, 111) saat 09:00-da başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.