Mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub.
“Qərb Xəbər” xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan istifadə edərək Azərbaycan Ordusunun bölmələrini atəşə tutub.
Adekvat cavab tədbirləri görülüb.