Photo 5298543511051825965 y
Əliməmməd Nuriyev: Konstitusiyamızın 30 illik yubileyində hüquqi islahatlara ehtiyac var.1-ci hissə
Photo 5294453100163233178 y
Xəyal Qarayevdən tövsiyələr – Arıxananın köçə hazırlanması
Photo 5294218749567694401 y
Novella Cəfəroğlu -Qadınların dövlət vəzifələrinə az təyin olunması məni narahat edir
250513 marco rubio ac 956p 007aa1
Biz elə tədbirlər görəcəyik ki, həmin hökumət bunun bədəlini ödəsin
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Kəlbəcər və Laçında arılar kütləvi şəkildə qırılır

2 ay ago
A A
Envato 61

Son zamanlar Azərbaycanın müxtəlif bölgələrində arılar kütləvi şəkildə tələf olur.

Bunu Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin üzvü Elvin Bayramlı deyib.

O bildirib ki, arıların kütləvi tələf olması xüsusilə, yay aylarında uzun müddət sərin hava müşahidə olunan bölgələrdə baş verir.

“Bu Kəlbəcər və Laçında daha çox hiss olunur. Arıların kütləvi tələf olmasının səbəbini bilmirik. Bu, bölgələrdə müxtəlif formada baş verir. Güclü arı ailələrində ölüm halları daha çox müşahidə olunur. Arı ailəsi yay boyu çox bala yetişdirəndə gənə çoxalır və gənənin hər hansı virusu yaydığı düşünülür. Bu da istehsal sahəsinə təsir edir. Buna görə istehsalda ciddi azalma olacaq.

Bəziləri arı ölümlərinin 30-40%, bəziləri isə 50-60% olduğunu deyirlər. Amma bu təkcə bizim ölkəmizdə baş vermir. Avropa ölkələrində də kütləvi arı ölümlərinin şahidi oluruq. Ötən ilin iyun ayından bu ilin fevral ayına qədər Amerikada 68% arı ölümü qeydə alınıb”.

Kütləvi qırılmanın qarşısını necə almaq olar?

E. Bayramlı ölümlərin qarşısını almaq üçün hələlik sadəcə bir üsulun işə yaradığını deyib:

“Bunun üçün ana arılar 1 mövsüm ərzində 2-3 dəfə qəfəslənməlidir. Yəni ana arı 1 aylıq qəfəslənir və bununla da bala çıxara bilmir. Arı ailəsi isə öz işinə davam edir, çoxlu nektar yığır və bala çevirir, çiçək tozu toplayır. Dediyim kimi bu müddətdə ana arıların yumurta qoyub, sürfələrin arılar tərəfindən yetişdirilməsi prosesi tam dayanır. Bu zaman gənələrin inkişafı üçün də münbit şərait yaranmır. Bal süzümündən sonra dərmanlama aparılır və sürfə fəaliyyəti dayandığına görə virusların, gənələrin yaratdığı zərərlər aradan qalxır. Hələlik istifadə olunan sadə üsul budur, ümidimiz bunadır. Biz ötən mövsüm Kəlbəcərdə bir neçə arını qəfəsləmişdik və onlar sağ qaldılar”, – o, bildirib.

O, ölkəmizdə bu sahədə araşdırma aparan müəssisələrin olmadığını dilə gətirib:

“Təəssüf ki, bizdə bununla bağlı araşdırmalar aparan institutlar yoxdur. Bir neçə instituta müraciət edilib, amma nəticəsi olmayıb. Araşdırılmır, dəstək olmurlar. Bəlkə də bu işin peşəkar yoxdur. Belə güman edirəm ki, bu məsələ Amerikada, Avropada araşdırılan zaman səbəb məlum olacaq”.

Teleqraf

Son xəbərlər

Photo 5298543511051825965 y

Əliməmməd Nuriyev: Konstitusiyamızın 30 illik yubileyində hüquqi islahatlara ehtiyac var.1-ci hissə

23 May 2025
Indir 2025 05 23t163741.765

“Anadolu Ankası – 2025” təlimi başa çatıb – VİDEO

23 May 2025
Indir 2025 05 23t163443.398

İran-ABŞ danışıqları başlayıb

23 May 2025
Indir 2025 05 23t152152.141

Gürcüstana Aİ-ın nümayəndəliyinin üzvülərini ölkəyə girişinə icazə verilməyib

23 May 2025
Indir 2025 05 23t145940.615

9-cu siniflərin aprelin 13-də baş tutan buraxılış imtahanının nəticələri bu gün yekunlaşa bilər

23 May 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.