İsveç hökuməti Ukraynaya 444 milyon dollar məbləğində növbəti hərbi yardım paketi ayırıb.
Qerbxeber.com AZERTAC-a istinadən xəbər verir ki, bu barədə İsveç Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yardım paketinə qumbaraatanlar, tank əleyhinə silahlar, müxtəlif texnika, eləcə də digər silah-sursatlar daxildir.
“Bu gün, sentyabrın 9-da İsveç hökuməti Ukraynaya 17-ci hərbi yardım paketini təqdim edib. 444 milyon dollarlıq yardım paketi Ukraynanın hərbi ehtiyaclarını qarşılayacaq”, – məlumatda deyilir.
İsveç, həmçinin Kiyevə bu il ərzində müxtəlif təşəbbüslər üçün 700 milyon İsveç kronu (67,5 milyon dollar) məbləğində maliyyə yardımı edəcəyini açıqlayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, 2022-ci ilin fevralından İsveç Kiyevə 4,6 milyard dollardan çox hərbi dəstək verib.