İstanbulda Ukrayna, Rusiya Federasiyası və Birləşmiş Millətlər Təşkilatı arasında “Taxıl sazişi”nin uzadılması barədə keçirilən danışıqlar müsbət məcrada davam edir.
“Qərb Xəbər”in xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sazişin qarşıdakı dövrdə də Türkiyənin ev sahibliyi etdiyi işlərin texniki səviyyədə, dördtərəfli formatda davam etdirilməsi tərəflər arasında razılaşdırılıb.
Qeyd olunub ki, tərəflər Ukrayna limanlarında qalan Türkiyənin ticarət gəmilərini və ekipajlarını təxliyə etmək barədə razılığa gəliblər. Bu əməliyyat həm də Ukraynada qalan digər ölkə gəmilərinin təxliyəsi üçün nümunə yol açacaq.