Dünya

İsrailin Qəzzaya hücumu nəticəsində HƏMAS sözçüsü öldürülüb

27 mart / 09:24 1 dəq
67e4c75363f6767e4c75363f68174304648367e4c75363f6567e4c75363f66
27 mart / 09:24
Burada sizin reklamınız ola bilər

İsrailin Qəzza zolağının şimalına endirdiyi hava hücumu nəticəsində HƏMAS sözçüsü Əbdül Lətif əl-Qanua öldürülüb.

Qerbxeber.com xəbər verir ki, bu haqda “Reuters“ hərəkatın nəzarətində olan əl-Əqsa telekanalına istinadən məlumat yayıb.

“əl-Cəzira” telekanalının məlumatına görə, Əbdül Lətif əl-Qanua İsrailin hava hücumlarına məruz qaldığı zaman Cəbəliyə şəhərində çadırda olub. Fələstinin “Quds News Network” agentliyi HƏMAS nümayəndəsinin cəsədinin fotosunu da dərc edib.

“əl-Cəzirə” xəbər verir ki, İsrailin martın 26-da Qəzzanın şimalına hücumu nəticəsində azı 26 nəfər həlak olub.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı