İsrail və HƏMAS atəşkəsi daha bir gün uzatmağa razılaşıblar .
“Qərb Xəbər” məlumat verir ki, bu barədə “Wall Street Journal” Misir rəsmilərinə istinadən yazır.
Misir rəsmiləri bildiriblər ki, İsrail və HƏMAS cümə axşamı Qəzzada müvəqqəti atəşkəsi səkkizinci gün uzatmaq barədə razılığa gəliblər.
Nəşr qeyd edir ki, sövdələşmə nəticəsində daha 10 girov, daha çox qadın və uşaqlar azad edilməli olacaq.
Bu məlumatın İsrail və ya HƏMAS tərəfindən rəsmi təsdiqi olmayıb.