Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

İsrail səfiri: “Xaosa təkan verən İrana qarşı Türkiyə və ərəb dünyası ilə birgə mübarizə aparmalıyıq”

3 ay ago
A A
corc-dik-israilde-ilk-defe-azerbaycan-bayragi-dalgalanacaq-video-60528

“İsrail, Azərbaycan, Türkiyə, ərəb ölkələri İranın terroru, qeyri-sabitliyi və zorakılığı bütün regiona yaymağa çalışdığı zərərli fəaliyyətlərinin qarşısını alacaq blok yaratmaq üçün bir araya gəlməlidirlər”.

Bu sözləri İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik APA-ya müsahibəsində deyib.

İranda baş verənlərə münasibət bildirən səfir bu dövlətin qlobal problem olduğunu bildirib:

“İran nə İsrailin, nə də Azərbaycanın problemidir, İran qlobal bir problemdir. Bu, dünya üçün problemdir, bu dövlət qeyri-sabitlik yaradır, ölkələr arasında ahəngdar münasibətləri pozur. Biz onların terror aktları törətməyə çalışdıqlarını, bütün Yaxın Şərqdə hökumətlərin, rejimlərin sabitliyini pozmağa çalışdığını görürük. İsrail və ərəb dünyasının bir ağızdan danışmasının səbəbi birdir, bu (həmrəylik), çox baş vermir, lakin baş verəndə bunu dinləmək lazımdır.

Bizim hamımızın, beynəlxalq ictimaiyyətin etməli olduğu ilk şey İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Çünki onlar indi nə qədər terror və xaosla məşğuldurlar, təsəvvür edin ki, terrorçuluğun əvəzini ödəməmək üçün onlarda immunitet yaradacaq nüvə çətirinə malik olsalar, törətdiklərinin neçə mislini edə bilərlər.

Beləliklə, bu, bütün beynəlxalq ictimaiyyətin üzərində işləməli olduğu bir nömrəli məsələdir. İndi də görəndə ki İran siyasətini dəyişir: Rusiyaya pilotsuz təyyarələr satır, silah verir və s., hətta Qərbdə də fikirlər dəyişir ki, bəlkə də, Qərb dünyası İranın gələcək nüvə silahı ilə bağlı sakitləşdirmə cəhdlərindən vaz keçəcək və İrana qarşı duracaq, onu dayandıracaq. Bu, asan olmayacaq, lakin sarsıdıcı sanksiyalar, beynəlxalq təzyiqlər və İrana qarşı etibarlı hərbi yollarla buna nail olmaq olar. Beynəlxalq ictimaiyyət fəal olsa, biz İranın nüvə silahı əldə etməsinin qarşısını ala bilərik.

İkincisi, düşünürəm ki, İsrail, Azərbaycan, Türkiyə, ərəb ölkələri İranın terroru, qeyri-sabitliyi və zorakılığı bütün regiona yaymağa çalışdığı zərərli fəaliyyətlərinin qarşısını alacaq blok yaratmaq üçün bir araya gəlməlidir. Bu, biz ünsiyyət qurduqca baş verəcək bir şeydir və bu, inkişaf etməyə davam edəcək, çünki İran dünyada sülhə, təkcə bizim ölkələrimiz üçün yox, bütün dünya üçün təhlükədir. Dünya onu dayandırmaq üçün birlikdə çalışmalıdır.

Beləliklə, siz görürsünüz ki, bizim münaqişəmiz, ərəb-İsrail münaqişəsi, demək olar ki, bitib və bu, yaxşı haldır. Türkiyənin ərəb dünyası ilə, BƏƏ, Səudiyyə Ərəbistanı kimi ölkələrlə münasibətlərini düzəltdiyini görmək yaxşıdır və indi də Misirlə münasibətlərin normallaşması istiqamətində cəhd edir. Düşünürəm ki, bütün region ölkələri, İsrail, Türkiyə və ərəb dünyası bu gün dərk edir ki, özümüz və gələcək nəsillərimiz üçün təhlükəsiz, daha yaxşı gələcək istəyiriksə, birgə işləməli və Yaxın Şərqdə daha çox zorakılığa, daha çox xaosa, daha çox nifrətə və daha çox irqçiliyə təkan verən bir ölkədən qaynaqlanan ümumi təhlükə ilə mübarizə aparmalıyıq. Bu, İrandır! O, Livanda, Suriyada, Yəməndə, İraqda və başqa yerlərdə öz proksiləri vasitəsilə bunu edir. Biz qüvvələrimizi birləşdirsək, onları dayandıra bilərik”.

Son xəbərlər

1670569080

Geosiyasi güc mübarizəsinin başqa adı: “Dəhlizlər” və “Kənar qurşağı”

23 Mart 2023
maria zakharova- mariya zaxarova

Rəsmi Moskva Azərbaycan və Ermənistanı danışıqları bərpa etməyə çağırdı

23 Mart 2023
vladimir putin

Medvedev: “Putini həbs etmək Rusiyaya qarşı müharibə elan etməkdir”

23 Mart 2023
rd-bild-u-aqlar-aras-nda-z-rbaycan-dilind-kitablar-paylan-b-0-1679555074

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb

23 Mart 2023
ea9be361-2b5c-3129-939c-4bc7771c70cd_850

Azərbaycanlı deputat: “Fransa XİN başçısınnın gələcəyi varsa, görəcəyi də var”

23 Mart 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.