İsrail qoşunları Qəzza zolağının cənub hissəsində aktiv döyüş əməliyyatlarına başlayıb, onlar anklavın şimal hissəsində olduğu kimi intensivliklə aparılacaq.
“Qərb Xəbər” İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Baş Qərargah rəisi Herzi Halevi Qəzza diviziyasının hərbi qulluqçuları ilə görüşündə deyib.
O qeyd edib ki, Qəzza zolağında atəşkəsə qədər İsrail hərbçiləri HƏMAS təşkilatı ilə əlaqəli fələstinli radikalların iki briqadasını qismən məhv edib və hazırda İsrail ordusunun 162-ci diviziyası bu nailiyyətləri anklavın şimal hissəsində möhkəmləndirməkdə davam edir.
“Dünən və bu gün biz briqada komandirlərini, çoxlu HƏMAS yaraqlısını məhv etdik və dünən səhər Qəzza zolağının cənub hissəsində də eyni prosesə başladıq, bu, şimaldan heç də az olmayan güclə həyata keçiriləcək. HƏMAS komandirləri hər yerdə İsrail hərbçiləri ilə görüşəcək və onlara ən güclü cavab veriləcək”.
O, İsrail ordusunun qarşıya qoyulan vəzifələrin öhdəsindən gələcəyinə əmin olduğunu bildirib.