İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi Qəzza zolağında hərbi əməliyyatlarla bağlı gələcək planları təsdiqləyib.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Halevi İsrail ordusunun Cənub Komandanlığının qərargahına baş çəkib və orada Qəzza zolağında “hücum planlarını təsdiqləyib”.
Halevi görüşdən sonra “Nə edilməli olduğunu bilirik və növbəti addıma hazırıq” deyib.