İsrail ordusu Qəzza şəhərində 48 saat ərzində hərbi əməliyyatlara başlamağı planlaşdırır.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə İsrailin “Haaretz” nəşri yazıb.
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza şəhəri 48 saat ərzində tam mühasirəyə almağı və şəhərin daxilində hərbi əməliyyatlara başlamağı planlaşdırır.
Nəşrin sözlərinə görə, hərbi əməliyyatların məqsədi şəhərdəki HAMAS döyüşçülərini zərərsizləşdirmək, təşkilata məxsus tunelləri, hərbi və mülki obyektləri məhv etmək olacaq.