İsrail ordusu HƏMAS-ın tamamilə məhv edilməsi mərhələsinə keçdiyini açıqlayıb.
“Qərb Xəbər” bildirir ki, bu barədə xarici KİV məlumat yayıb.
Həmçinin qeyd olunub ki, nəzarətə götürülmüş ərazilər hələ də tam təmizlənməyib.
İsrail ordusundan bildirilib ki, HƏMAS lideri Yəhya Sinvar ölümə məhkumdur.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.