İsrail ordusu Qəzza zolağındakı HƏMAS silahlılarının mövqelərinə raket zərbələri endirib.
“Qərb Xəbər” bildirir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilir ki, zərbələr nəticəsində HƏMAS-a məxsus raket istehsalı üçün istehsal edilən yeraltı zavod vurulub. İtkilər barədə məlumat verilmir. Hadisənin şahidləri Qəzza zolağında bir sıra partlayışlar eşidildiyini bildiriblər.