Zəlzələlərdən sonra Türkiyəyə gedən beynəlxalq axtarış-xilasetmə qrupları işlərini bitirdikdən sonra ölkələrinə qayıtmağa başlayıb.
“Qərb Xəbər” “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, bu gün İspaniyanın Beynəlxalq Təbii Fəlakət Xilasetmə Qrupu (USAR) da Türkiyədən yola salınıb.
Sözügedən qrup İstanbul hava limanından qızılgüllərlə yola salınıb.
Xilasetmə qrupu sosial media hesablarında əvvəlcə “Əlvida, Türkiyə”, daha sonra isə “İspaniyaya uçmağa hazırıq. Ömürlük təsiri olacaq bir vəzifəni geridə qoyduq” mesajlarını veriblər.