İslam Dövləti qrupu sosial mediada paylaşdığı yazıda Moskvadakı hücumun məsuliyyətini üzərinə götürüb.
Qrup Aamaq xəbər agentliyinə yerləşdirdiyi məlumatda Rusiya paytaxtı Moskva yaxınlığındakı Krasnoqorsk şəhərində xristianların böyük yığıncağına hücum edərək, yüzlərlə insanı öldürdüyünü və yaraladığını bildirib.
İddianın həqiqiliyini yoxlamaq dərhal mümkün olmayıb.
Rusiyanın əsas daxili təhlükəsizlik və terrorla mübarizə agentliyi olan Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, hücum böyük konsert zalı olan Crocus City Hall-da baş verib. Təlükəsizlik xidməti bildirib ki, silahlı şəxslər binaya daxil olaraq atəş açıb və ən azı 40 nəfəri öldürüb, 100-dən çox insanı yaralayıb. Bina həmçinin yandırılıb.
Hücum edən şəxslərin aqibəti dərhal bəlli olmayıb. Rusiyanın bəzi xəbər agentlikləri onların xüsusi qüvvələr və iğtişaş polisi gəlmədən hadisə yerindən qaçdıqlarını bildirib.
Moskva meri Sergey Sobyanin hücumu “böyük faciə adlandırıb,” dövlət orqanları isə onu terror kimi araşdırır. Konsert zalında yanğın və damın çökməsi ilə nəticələnən hücum son illərdə Rusiyada baş verən ən tələfatlı hücumdur və Rusiyanın Ukraynadakı müharibə üçüncü ilinə daxil olduğu bir vaxta təsadüf edir.
Silahlı atəş və qumbaraatanlar
Rusiya xəbər orqanlarının məlumatına görə, hücum edən şəxslər partlayıcılar ataraq 6000-nəfərlik konsert zalında böyük yanğına səbəb olub. Çöldən çəkilmiş videoda binanın yandığı, gecə səmasına nəhəng tüstü buludunın qalxdığı göstərilir. Küçə boyu onlarla yanğınsöndürən maşınlar, təcili tibbi yardım maşınları və başqa fövqəladə yardım maşınları düzülüb, bir neçə yanğınsöndürən helikopter isə havadan yanğına su atıb.
Hücum böyük izdihan məşhur rus rok qruğu Piknik-in konserti üçün bir araya gəldiyi zalda baş verib. Rusiya xəbər agentlikləti bildirib ki, konsert iştirakçıları təxliyə edilir, ancaq naməlum sayda insan yanğın səbəbilə hələ də içəridə ilişib qalmış ola bilər.
amerikanın səsi