Türkiyə ordusunun İraqın şimalındakı “Pençe-Kilit” əməliyyatı bölgəsində yaralanan hərbçilərindən daha bir hərbçisi şəhid olub.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bununla da şəhid hərbçilərin sayı doqquza çatıb.