Novruz bayramını Türkiyənin Van şəhərində qeyd edən iranlı turistlər martın 20-dən başlayan 13 günlük tətillərini əyləncə mərkəzlərində səhərə qədər əylənərək qeyd ediblər. Qerbxeber.com Bu barədə Oxu.az-a istinadən xəbər verir.
Novruzu yazın gəlişi və yeni ilin başlanğıcı kimi qeyd edən iranlı turistlər yeni ilə öz mədəniyyətlərinə xas “həft sin” süfrəsi hazırlayaraq daxil olublar.
Onlar gündüzlər alış-veriş edib, gecələr isə əyləncə mərkəzlərində əylənirlər.
“Biz də Novruz bayramı üçün Vana gəldik. Van bizə çox yaxındır, mədəniyyətlərimiz bir-birinə yaxındır, insanları da çox gözəldir. Ona görə də biz Vana üstünlük veririk”, – deyə turistlər bildiriblər.
Vanda əylənməklə yanaşı, çoxlu alış-veriş edəcəklərini bildirən iranlı turistlər Novruz bayramının bütün insanlara xoşbəxtlik və əmin-amanlıq gətirməsini arzulayıblar.
Mənbə: haberglobal.com