Bakıda İran vətəndaşının törətdiyi yol qəzası nəticəsində 3 nəfər ölüb.
“Qərb Xəbər” məlumat verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən açıqlamaya görə, hadisə ötən gün saat 19:00 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Qaradağ rayonu Sahil qəsəbəsindən keçən ərazidə baş verib. Yolun 28.5 km-də “Hovo” markalı yük avtomobilin qarşıda eyni istiqamətdə yolun sağ tərəfi ilə hərəkət edən “QAZ” markalı mikavtobusla toqquşub. Nəticədə “QAZ” avtomobilində olan 3 sərnişin hadisə yerində ölüb, sürücü isə xəsarət alıb.
Yük maşınının sürücüsünün İran vətəndaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.