Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

İranın hazırkı durumu SSRİ-nin 80-ci illərdəki durumuna bənzəyir – Oktay Qasımov

2 həftə ago
A A
iran

İranda ötən ilin sentyabrından başlayan etiraz aksiyaları hələ də davam edir. Ağır repressiya, təqib və edam cəzalarına baxmayaraq, rejim etirazları yatırmaqda acizdir. Bəs, İrandakı proseslər necə inkişaf edəcək?

Mövzu ilə bağlı açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, etiraz aksiyaları molla rejiminin mövcud olduğu dövrdən ilk dəfə olaraq, ölkənin bütün ərazilərini əhatə edir:
“İrandakı bütün xalqların nümayəndələri bu aksiyalarda iştirak edir. Xüsusilə əyalətlərdə daha çox aktivlik müşahidə olunur. Aksiya iştirakçıları İranda insan haqları, qadın hüquqları, insan həyatına ciddi şəkildə müdaxilə edilməsi, totalitar sistemlə mübarizə və milli haqların verilməsi məsələsini gündəmə gətirirlər. Xüsusən də soydaşlarımızın “Azadlıq”, “Ədalət”, “Milli hökumət” şüarlarını qeyd etmək lazımdır”.
Oqtay Qasımovun sözlərinə görə, İrandakı aksiyaların nəticəsi həm daxili, həm də xarici faktorlardan asılıdır:
“Əgər etirazçılar inadla, qətiyyətlə mübarizəyə davam etsələr, rejim dəyişə bilər. Bu məsələdə dünyanın böyük güclərinin, regionda marağı olan dövlətlərin də etirazçılara dəstəyi vacibdir. Aksiyalar zamanı verilən məlumatlara görə, təxminən 520-yə yaxın insan həyatını itirib, onlarla etirazçı edama məhkum olunub. Hazırda İran rejimi bu aksiyalardan kifayət qədər təsirlənib və mövqeləri zəifləyib. Amma bu o demək deyil ki, artıq rejim tamamən gücsüzdür və onun duruş gətirmək imkanları yoxdur. Xeyr, rejim hələ ki yetərincə güclüdür. Müxtəlif variantlarla həm aksiyaların qarşısını almağa, həm də öz möcvudluğunu qorumağa çalışır. Bir ara əxlaq polisinin ləvğ edilməsi ilə bağlı məlumatlar yayıldı. Sonra təkzib olundu. Bunu yumşalma mesajları kimi dəyərləndirə bilərik. Dini rəhbər Xameneyinin qadınların baş örtüyü ilə bağlı məsələyə münasibətini də rejimin geri addım atması kimi dəyərləndirmək olar. Amma, eyni zamanda, görürük ki, edamların sayı artıb, hakimiyyət qüvvələri etirazçılara qarşı daha qəddar davranışlar nümayiş etdirir. Burada ənənəvi İran siyasətini görürük. Müəyyən qədər zəif vəziyyətə düşəndə, yumşaq siyasət aparır, sonra yenidən irticanın güclənməsi istiqamətində addımlar atır”.
Oqtay Qasımovun sözlərinə görə, aksiyaların uzun müddət davam etməsi, kütləviliyi və bütün regionları əhatə etməsi onu göstərir ki, artıq rejim ciddi zərbə alıb:
“Onun uzun müddət davam gətirməsi qeyri-real görünür. Sadəcə, müəyyən zaman məsələsi var. Əslində rejimin başqa çıxış yolu da yoxdur. Yumşalma da rejimin zərərinədir, sərtləşmə də. 44 ildir totalitar rejimdə yaşayan cəmiyyət müəyyən azadlıqlar əldə edəndən sonra daha çox azadlıq tələb edəcək. Orta əsr idarəçiliyinə üstünlük verən rejim müasir dövrün tələblərinə cavab vermir. Bu da onun çöküşünü sürətləndirəcək. Ötən əsrin 80-ci illərində Sovet İttifaqında başlanan yenidənqurma siyasəti nəticəsində imperiya dağıldı. İran da Sovetlərin dini bir forması olduğu üçün eyni proses baş verə bilər”.
Bakupost.az

Son xəbərlər

İLHAM SİSİ

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

28 Yanvar 2023
63d4d70472da263d4d70472da3167489306063d4d70472da063d4d70472da1

QHT-lər İranda Azərbaycan səfirliyinə hücumla bağlı bəyanat yayıb

28 Yanvar 2023
e9f6bb1d-d8d8-48d7-8ed9-c673105164ef

Gürcüstan Azərbaycanlılar Konqresinin (GAK) sədri Hüseyin Yusifovla müsahibə (2-ci hissə)

28 Yanvar 2023
63d3cf8d0655563d3cf8d065561674825613a3fbef7772a69c2c23d881aa1e4d9295

Uşaqlarda ən çox aşkarlanan xəstəliklər açıqlanıb

28 Yanvar 2023
Narkomaniya

DİN: Ötən gün keçirilən əməliyyatlarda 10,2 kq narkotik aşkarlanıb

28 Yanvar 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.