İran və ABŞ arasında danışıqların növbəti raundu aprelin 19-da Omanın paytaxtı Masqatda keçiriləcək.
Qerbxeber.com xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai məlumat verib.
“Məsləhətləşmələrdən sonra qərara alınıb ki, şənbə günü baş tutacaq danışıqların ikinci raundu üçün Masqat ev sahibi olaraq qalsın”, – o, deyib.