İranın Sistan və Bəlucistan əyalətində sərhəddə atışma nəticəsində 18 nəfər ölüb.
“Qərb Xəbər” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə briqada generalı Əhməd Əli Qodarzi bildirib.
Onun sözlərinə görə, son günlərdə qonşu ölkələrdən İrana narkotik maddələr və silah keçirmək istəyən İran islam inqilabına qarşı olan qüvvələrə yönəlik əməliyyat keçirilib. O bildirib ki, Sistan və Bəlucistan əyaləti ilə sərhədin sıfır nöqtəsində 18 anti-inqilabi qüvvə zərərsizləşdirilib, bir neçə nəfər yaralanıb. Briqada generalı qeyd edib ki, bir neçə nəfər silah və sursatla birgə həbs olunub.
Qeyd edək ki, bu bölgə Əfqanıstan və Pakistanla sərhəddə yerləşir.