Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

“İrandakı proseslər səngiyib, lakin dayanmayıb” – Çingiz Göytürk

Rza Pəhləvinin şişirdilib proseslərin önünə atılması molla rejiminin dərin bir nəfəs almasına şərait yaratdı

2 həftə ago
A A
iran etiraz xomenei

“Bir sıra hegamon Qərb dövlətləri İranda yaşayan xalqların istək və iradələrinə qarşı fars irticasının bir digər nümayəndəsi olan və başda Azərbaycan türkləri olmaqla xalqlar içərisində heç bir nüfuza malik olmayan Rza Pəhləvini şişirdərək proseslərin önünə atmaqla molla rejiminin dərin bir nəfəs almasına şərait yaratdılar”.

Bu sözləri “Qərb Xəbər“ə müsahibəsində güneyli soydaşımız, hazırda Finlandiyada yaşayan siyasi şərhçi Çingiz Göytürk bildirib.

uOjibH2GSnPjvxGjRusq

  • Çingiz bəy, İrandakı proseslər səngimiş kimi görünür. Hazırkı durumu necə qiymətləndirirsiniz?

– “İrandakı proseslərin səngidiyi doğrudur. Lakin, bu prosesin tamamilə dayandırıldığı anlamına gəlmir. Proseslər küçə nümayişlərindən daha çox fərqli platformalara daşınıb. O platformalarda davam etməkdədir. Bu hadisələr başlayandan bəri burada yalnız bir cərəyan deyil, 3 fərqli cərəyanın paralel hərəkət etdiyini ifadə etmişdik.

Bunlardan ilki qadın haqq və azadlıqları ilə bağlı cərəyan idi.

Bu sahədə rejimə qarşı dirəniş olduğu kimi davam etməkdədir. Heç bir səngimədən söhbət gedə bilməz. Hətta bu sahədə əldə olunan böyük uğurlardan da danışmaq mümkündür. Bu gün İran küçələrində məcburi hicabdan imtina edən qadınların nə qədər çox olduğunu hamımız görürük.

iran etirazzzzzz

İkincisi İranda yaşayan qeyri-fars millətlərin hərəkatları idi. Bu sahədə rejimin sərt və repressiv siyasəti nəticəsində qismən səngimə müşahidə olunsa da, proseslər dayandırıla bilməmiş və inkişaf edərək davam etməkdədir. Bəllucların, əhvaz ərəblərinin, kürdlərin və ən önəmlisi Azərbaycan türklərinin yaşadığı bölgələrdə milli hərəkatlar öz inkişaf sürəsini yaşamaqdadır.

Üçüncüsü isə rejim dəyişikliyi uğrunda mübarizə idi. İran deyilən ölkədə yaşayan qeyri-fars millətlərin apardığı bu mübarizənin səngidiyini daha bariz müşahidə edirik. Burada rejimin edamlar başda olmaqla, qatı repressiv tədbirləri ilə yanaşı bir sıra digər önəmli səbəbləri də gözardı etmək mümkün deyil.
Bu proseslərin ən önəmli nöqsanının rejim dəyişikliyi sonrası üçün alternatilərin şəffaf və konkret çizgilərlə müəyyləşdirilməməsi olduğunu vurğulamışdıq”.

irannnn

  • Molla rejimini bu durumda qalib hesab etmək olarmı?, İran xalqı nəyə nail oldu?

– “Proseslərdə xalqların inqilabi dəyişim istəklərinə bir sıra hegamon Qərb dövlətlərinin dünya ictimai rəyinə də qarşı çıxaraq irticanın yanında durması və irticanı seçməsi önəmli faktor oldu. Hegamon Qərb dövlətləri İranda yaşayan xalqların istək və iradələrinə qarşı fars irticasının bir digər nümayəndəsi olan və başda Azərbaycan türkləri olmaqla xalqlar içərisində heç bir nüfuza malik olmayan Rza Pəhləvini şişirdərək proseslərin önünə atmaqla molla rejiminin dərin bir nəfəs almasına şərait yaratdılar.

1664113566-2022-09-23T083751Z_2134290775_RC2TLW9RTFBG_RTRMADP_3_IRAN-WOMEN-1200x800

Bir sıra Qərb dövlətlərinin yardımı ilə müxalifət donu geyinmiş irticanın xəyanəti və rejimlə iş birliyi nəticəsində molla rejimi ömrünü bir az da uzatmış oldu. Ancaq bu proseslərdə əldə edilən uğurları da gözardı etmək olmaz. İran rejimi məhz bu hərəkat nəticəsində artıq qadınların başına məcburi olaraq hicab keçirə bilmir. Bunu rejim nümayəndələri də etiraf edirlər. Bu hərəkatda bütün dünya gördü ki, İran adlanan ölkədə başda Azərbaycan türkləri olmaqla qeyri-fars millətlərinin iradəsini nəzərə almadan hər hansı ciddi dəyişimin gerçəkləşməsi mümkün deyildir.

Yenə də məhz bu hərəkat nəticəsində irqçi, şovinist bir ideologiya olan paniranizmin və həmin ideologiyaya xidmət edən fars şiəçiliyinin artıq İran toplumu içərisində təməllərinin sarsıldığını, bu ideologiyanın həm də irticaya, despotizmə, diktaturaya məhkum etdiyini hər kəs gördü. Rza Pəhləvinin şişirdilməsinin fars toplumu tərəfindən də sərt qarşılanması bu iddiamızı dəstəkləməkdədir”.

iran etiraz xomenei

 

  • Azərbaycan Milli Hərakatı əvvəlki dövrlə müqayisədə təşkilatlana bildimi və İrandakı digər millətlərlə münasibəti nə durumdadır?

– “Güneydə Azərbaycan Milli Hərəkatının (AMH) inkişaf prosesinin yetərincə sürətli olmadığını düşünənlər çox da haqsız deyil. Bunun bir çox obyektiv və subyektiv səbəbi var. Bunları detalları ilə media önündə müzakirə etmənin tərəftarı deyiləm. Lakin, bunu rahatlıqla iddia edə bilərəm ki, AMH yetərincə sürətli olmasa da, kəmiyyət və keyfiyyət olaraq öz inkişaf yolunda əmin addımlarla irəliləyir. Təşkilatlanma problemlərinin həlli yolunda ciddi addımlar atır. İranda yaşayan digər millətlərin milli hərəkatlarına da örnək olmağı bacarır. Bu gün digər qeyri-fars millətlərinin təşkilatları ilə ciddi bir dialoq və əməkdaşlıq platformaları mövcuddur. AMH tərəftarları da bu platformalarda fəal rol üstlənirlər”.

Rahib İsgəndərli

Son xəbərlər

1670569080

Geosiyasi güc mübarizəsinin başqa adı: “Dəhlizlər” və “Kənar qurşağı”

23 Mart 2023
maria zakharova- mariya zaxarova

Rəsmi Moskva Azərbaycan və Ermənistanı danışıqları bərpa etməyə çağırdı

23 Mart 2023
vladimir putin

Medvedev: “Putini həbs etmək Rusiyaya qarşı müharibə elan etməkdir”

23 Mart 2023
rd-bild-u-aqlar-aras-nda-z-rbaycan-dilind-kitablar-paylan-b-0-1679555074

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb

23 Mart 2023
ea9be361-2b5c-3129-939c-4bc7771c70cd_850

Azərbaycanlı deputat: “Fransa XİN başçısınnın gələcəyi varsa, görəcəyi də var”

23 Mart 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.