İranda prezident seçkilərinin ikinci turunda bülletenlərin yoxlanılması başa çatıb. Səsverənlərdən şikayətçi olmayıb.
Qerbxeber.com İRNA-a istinadən xəbər verir ki, İran İslam Respublikası Konstitusiyasının Keşikçilər Şurası seçkilərin nəticələrini təsdiqləyib.
Nəticələr İran İslam Respublikasının rəhbəri Ayətullah Əli Xameneiyə təqdim olunacaq.
Xatırladaq ki, iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda Azərbaycan türkü, islahatçı Məsud Pezeşkian rəqibi Səid Cəliliyə qalib gələrək, prezident seçilib.