Dünya

İranda HƏMAS liderinin öldürülməsi ilə bağlı fövqəladə iclas keçirilir

31 iyul / 09:48 1 dəq
0ccbfcb786a7ce947194b84c47948780
31 iyul / 09:48
Burada sizin reklamınız ola bilər

İranın Ali Milli Təhlükəsizlik Şurası (TŞ) HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı fövqəladə iclas keçirir.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabitləri İslam Respublikasının Ali Rəhbəri Əli Xameneinin iqamətgahında keçirilən görüşdə iştirak edirlər.

Qeyd edək ki, bu gün səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Bildirilib ki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb.

Hadisə ilə bağlı HƏMAS bəyanat yayaraq hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrailin hücumu nəticəsində öldüyünü bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı