İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Ermənistana gedib.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
XİN başçısının İrəvana səfəri çərçivəsində Ermənistanın yüksək rütbəli rəsmiləri ilə görüşləri planlaşdırılıb.
Danışıqlarda əsas diqqət siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrinin genişləndirilməsi yollarının nəzərdən keçirilməsi, həmçinin Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya və Ermənistan arasında əməkdaşlığı nəzərdə tutan “3+3” formatı çərçivəsində Cənubi Qafqaz regionunda mühüm məsələlər üzrə məsləhətləşmələrə yönəldiləcək.