İran Silahlı Qüvvələri “İqtidar 1402” (“Güc-2023”) devizi altında irimiqyaslı hərbi təlim keçirir.
“Qərb Xəbər” bildirir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Bildirilib ki, təlim İran Quru Qoşunlarının müxtəlif hissələrinin iştirakı ilə oktyabrın 27-28-də İsfahan əyalətinin Nəsrabad rayonunda keçirilir. Bu hərbi tədbirə artilleriya, tank, hava-desant qüvvələri cəlb olunub.
Təlim zamanı Hərbi Hava Qüvvələrinin dəstəyi ilə piyada, zirehli, raket, artilleriya, hava qüvvələri, pilotsuz uçuş aparatları, mühəndis, hava-desant, hərbi elektron, müasir döyüş bölmələri, kiber bölmələri öz tapşırıqlarını yerinə yetirəcəklər
İ.Babayeva