“İranın prinsipial mövqeyi daim Qarabağın Azərbaycanın olmasından yana olub”.
“Qərb Xəbər”in məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün “X” sosial şəbəkə hesabında bildirib.
O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın Azərbaycanın suverenliyinə qayıtması İran tərəfindən xoş qarşılanıb.
“Qarabağda olan ermənilərin hüquq və təhlükəsizliyinin təmini yalnız Azərbaycanın suverenliyi, qanunları ilə məna tapır”, – deyə diplomat vurğulayıb.