Prezident sefer
Prezident Əliyev Albanyaya işgüzar səfərə gedib
Kocharyan
Ermənistan parlamentində dava- Sənin baban Türkdür!
Imtahan
Müəllimlərin sertifikasiya imtahanlarının CƏDVƏLİ
Imtahan
Mayın 25-də II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

İran Ermənistanı silahlandırır: 500 milyonluq müqavilənin pərdəarxası

10 ay ago
A A
Iran uz

İranın Ermənistanla 500 milyon dollarlıq silah müqaviləsi imzaladığı haqda məlumatlar yayılıb. Tehranın bölgədəki maraqlarını və informasiyanı yayan resursun – “İran İnternational”ın sıradan media orqanı olmadığını nəzərə alanda bunun doğruluq ehtimalı yüksəlir.

Məlumatda İranın müqavilə çərçivəsində Ermənistana pilotsuz təyyarələr və raketdən müdafiə sistemləri verdiyi deyilir. Müqaviləyə həmçinin, Ermənistana kəşfiyyat dəstəyinin verilməsi, hərbi bazaların inşa edilməsi, erməni hərbçilərə təlimlərin keçirilməsi kimi məsələlər də daxildir.

Rusiyanın “təhlükəsizlik çətirindən” imtina edən Ermənistan hərbi müstəvidə dəstəyi şaxələndirmək siyasəti yürüdür. Əsas istiqamət kimi Qərb, xüsusilə ABŞ və Fransa görünsə də bu ölkələrdən silahların göndərilməsi marşrutunda çətinliklər var. Və bir çox hallarda Azərbaycanın sərt reaksiyası problemlər yaradır. Bu baxımdan, Ermənistan üçün İranla hərbi əməkdaşlıq daha sərfəlidir.

– Bu ölkədən silah daşınmasını Azərbaycanın nəzarətindən kənar həyata keçirə bilirlər;
– Region ölkəsi olan İrandan hərbi dəstəyin əldə edilməsi Ermənistan üçün uzaq Qərb ölkələrindən daha effektiv rol oynaya bilər: bu həm də İrəvanın bölgədə təklənmək riskini azaldır;

İranın Cənubi Qafqazda mövqelərini gücləndirmək siyasəti Ermənistanda Rusiyanın boşalan yerini tutmaq strategiyasına əsaslanır. Bu müqavilə Tehran üçün ciddi uğur hesab oluna bilər. Başda Fransa olmaqla Qərbdə Ermənistanın İranla əməkdaşlığına qarşı sərgilənən mövqe isə daha çox ritorik xarakter daşıyır. Çünki onlar üçün İranın dəstəyi “əllərinin çatmadığı” bölgədə Ermənistanın müdafiəsinin təmin edilməsi baxımından sərfəlidir.

Azərbaycanlı Pezeşkianın prezident olması İranın siyasətində korektlərə ümidlər yaratsa da, Tehran rejiminin mahiyyətinə ciddi təsir etməyəcəyi də məlum idi. İranın Ermənistana dəstəyini, bölgədəki maraqlarını bu ölkə üzərindən tətbiq etmək siyasətini müəyyən edən daha çox SEPAH, qərarverici isə dini liderdir. Pezeşkianın bunu dəyişmək gücü yoxdur. Pezeşkian amili İranın Azərbaycan siyasətində loyallığın ön plana çıxmasında müəyyən rol oynaya bilər. Ki, bu ehtimal da o qədər yüksək deyil.

Bütün bunların fonunda əsas diqqətçəkən məqam İran-Ermənistan silah müqaviləsi haqda informasiyanın səfirliyimizin fəaliyyətə başlaması və Bakı-Tehran xəttində normallaşmanın praktiki müstəvidə irəliləməsindən sonra ortaya çıxmasıdır. İstisna deyil ki, 500 milyon dollarlıq silah müqaviləsini İranda Azərbaycanla münasibətlərə qarşı olan qüvvələr mediaya sızdırıb.

Asif Nərimanlı

Son xəbərlər

Ff5b9d50 1bd0 4fa0 a7d8 aa3c560fb4d3

Mahir Emreli het-trik edib

18 May 2025
1695990176 hikmethaciyev2 620x403

Hikmət Hacıyev: Cənubi Qafqazda de-fakto sülh var

18 May 2025
5935a4ba beb3 3dc9 90d3 f94cdd459ea5 850

Azərbaycanda “Araz – 2025” birgə təlimi başladı – VİDEO

18 May 2025
Indir 2025 05 18t112843.025

Polşada prezident seçkilərinə səs vermə başlayıb

18 May 2025
68296a211f5d868296a211f5d9174754460968296a211f5d668296a211f5d7

Rumıniyada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb

18 May 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.