İranın Hərbi Dəniz Qüvvələri ölkənin şimalında, Xəzər dənizində hərbi təlim keçirir.
Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Astara qubernatorunun müavini məlumat yayıb.
Məlumatda bildirilib ki, bu axşam Astarada hərbi dəniz bazası ərazisində İran İslam Respublikası Ordusunun dəniz müdafiə təlimi keçiriləcək:
“Təlimlə bağlı Astara şəhərinin bəzi yerlərində partlayış səsləri eşidiləcək, əhali üçün narahatlığa heç bir əsas yoxdur”.