“Gürcüstan üçün yeni müharibənin başlaması Üçüncü Dünya Müharibəsinin başlaması deməkdir. Bu, bizim üçün tamamilə eynidir, çünki ölkə yeni müharibəyə tab gətirə bilməz”.
“Qərb Xəbər” bildirir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə deyib.
Hökumət başçısının sözlərinə görə, bu gün ölkəmizin qarşısında duran əsas vəzifə ölkə daxilində sabitliyin və əmin-amanlığın qorunmasıdır.
“Həmçinin, Avropa Parlamentinin bəzi üzvlərinin təşviq edici bəyanatlarını xatırladırıq. Zorakı qruplar polisə hücum edərkən, molotof kokteyli, daş və s. atanda, biz birbaşa Avropa Parlamentinin bəzi üzvlərindən çağırışlar eşitdik ki, indi onların fikrincə, bu rejimi devirmək, dəyişmək və s. zamanıdır. Bu plan, təbii ki, iflasa uğradı və ölkəmizin düşmənləri yenidən məğlub oldu. Sonda sizə demək istəyirəm ki, bu gün ölkəmizin qarşısında duran əsas vəzifə, təbii ki, ölkə daxilində sabitliyi qorumaq, sülhü qorumaq, heç bir qarşıdurmaya, müharibəyə imkan verməməkdir. Baş nazir kimi əsas vəzifəm və əsas qayğım budur. Allaha şükürlər olsun ki, biz bunu uğurla həyata keçirə bilirik. Cəmiyyətimizə bir daha demək istəyirəm ki, bu gün ölkəmiz nə NATO, nə də Avropa İttifaqının üzvüdür. Aİ-yə üzv dövlətlər öz təhlükəsizliklərini və milli maraqlarını qorumaq üçün son dərəcə diqqətlidirlər və Rusiya ilə birbaşa eskalasiyadan niyə qaçdıqlarından danışanda onların cavabı çox sadədir ki, onların Rusiya ilə qarşıdurması Üçüncü Dünya Müharibəsinin başlamasına səbəb olacaq. Biz Gürcüstan üçün yeni müharibənin başlaması Üçüncü Dünya Müharibəsinin başlaması deməkdir. Bu, bizim üçün tamamilə eynidir, çünki ölkə yeni müharibəyə tab gətirə bilməz. Bizim, o cümlədən siz müxalifət nümayəndələrinin əsas məqsədi birliyi qorumaq və bu böyük çətinliklərdə birlikdə mübarizə aparmaq olmalıdır”, – deyə İrakli Qaribaşvili bildirib.
InterPress.ge