Baş nazir İrakli Kobaxidze “Gürcü Arzusu” partiyasına rəhbərlik edəcək.
Qerbxeber.com xəbər verir ki,Tbilisidəki “Paraqraf” oteldə baş tutan hakim partiyanın qurultayında İrakli Kobaxidze yekdilliklə partiya sədri seçilib.
O, bu vəzifəyə ikinci dəfə seçilib.
Hakim partiyanın fəxri sədri Bidzina İvanişvilinin də iştirak etdiyi “Gürcü Arzusu”nun 9-cu qurultayı sədrin seçilməsi ilə başlayıb və tədbir cəmi 18 dəqiqə davam edib. Qurultaya dəstək məqsədilə partiyanın siyasi şurasının yenilənmiş tərkibi də təqdim edilib.