“Ermənistan Azərbaycanın danışıqlara qayıdacağına ümid edir: Yenə də bu xəritədən yapışıblar Ermənistan Azərbaycanın əvvəlcədən razılaşdırılmış prinsiplər əsasında danışıqlara qayıtmasını gözləyir”.
“Qərb Xəbər” məlumat verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının növbəti iclası çərçivəsində Aİ diplomatik xidmətinin rəhbəri Cozef Borel ilə birgə brifinqdə deyib.
Mirzoyan Ermənistanın 2022-ci ilin oktyabrında Praqada və 2023-cü ilin payızında Qranadada dördtərəfli bəyanatlarını, həmçinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Ermənistan və Azərbaycan liderləri ilə 2023-vcü ilin may və iyul aylarında keçirilmiş üçtərəfli görüşlərdən sonra elan etdiyi qərarları yerinə yetirməyə hazır olduğunu təsdiqləyib.
O xatırladıb ki, erməni tərəfi əmindir ki, iki ölkə arasında sərhədin müəyyən edilməsi üçün əsas Sovet İttifaqının səlahiyyətli idarələrinin son xəritələri olmalıdır.
“Heç bir yeni sərhəd yaratmağa ehtiyac yoxdur: sadəcə olaraq göstərilən sərhədlər təkrarlanmalıdır”, – Mirzoyan əlavə edib.