Dünya

İrəvan Bakının Zəngəzur tələbi ilə razılaşdı

18 aprel / 16:44 2 dəq
Img 4744
18 aprel / 16:44
Burada sizin reklamınız ola bilər

“Ən azı yarım il əvvəl hökumət deyirdi ki, heç bir dəhliz olmayacaq. İndi isə Ermənistanın İranla eyni şərtlər əsasında ərazisindən Azərbaycana keçid verməyə hazır olduğunu bildirir”.

Qerbxeber.com xəbər verir ki, bu barədə “HayaQue” teleqram kanalının məlumatında qeyd olunur.

Nəşr xarici işlər naziri Ararat Mirzoyanın Antalya Diplomatik Forumu zamanı Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib və bunu etiraf kimi dəyərləndirib:

“Mirzoyan rəsmən elan etdi ki, İrəvan Bakı ilə dəhlizin açılması üçün sadələşdirilmiş prosedurlar planlaşdırıb. Yəni dəmir yolu əlaqəsi bərpa edilərsə, Azərbaycanın yükləri elə bu ölkədə bəyan ediləcək, qatarlar Ermənistan ərazisində dayanmadan keçəcək və birbaşa Naxçıvana çatacaq. Yəni Ermənistan ekstraterritorial dəhlizlə razılaşıb”.

Qeyd edək ki, Azərbaycan razılaşdırılmış sülh müqaviləsi mətnindən əlavə olaraq, Naxçıvanla quru əlaqəsinin bərpa edilməsi üçün Ermənistan ərazisindən maneəsiz keçid tələb edirdi.

Globalinfo.az 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı