İrəvan Ağsaqqallar Şurasına seçkilərdə səslərin hesablanması başa çatıb. Baş nazir Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası səslərin 50%-ni toplaya bilməyib.
“Qərb Xəbər” bildirir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 475 seçki məntəqəsi üzrə səslərin hesablanmasına yekun vurulub.
Nəticələrə əsasən, “Vətəndaş sazişi” partiyası seçicilərin 32,57 faizinin səsini toplayıb.
İkinci yerdə indiyədək 18,89 faiz səs toplayan sabiq İrəvan meri Hayk Marutyanın “Milli tərəqqi” partiyası, üçüncü yerdə isə 15,43 faiz səslə “Ana Ermənistan” bloku qərarlaşıb.
Digər siyasi qüvvələrə gəlincə, “Respublika” partiyası 11,32%, “Xalqın səsi” partiyası 9,68% səs qazana bilib.