250513 marco rubio ac 956p 007aa1
Biz elə tədbirlər görəcəyik ki, həmin hökumət bunun bədəlini ödəsin
Indir 2025 05 19t115145.710
Qabiliyyət imtahanlarına qeydiyyat başladı
Fexri ugurlu 2 1024x606
Çaldıran döyüşü mistik islamla ortodoksal islamın, ürfanla şəriətin savaşıdır -Fəxri Uğurlu
İradə bağça
Bağçada başlayan dəyişiklik,cəmiyyəti dəyişir-İradə Mustafayeva
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

“Topu yuvarlamaq vaxtı deyil, indi həlledici inqilabi hərəkətlərin zamanıdır. Ümumxalq inqilabı..”-SAAKAŞVİLİ

"Əgər indi məğlub olsaq, ölkəmiz olmayacaq, əgər indi məğlub olsaq, gələcəyimiz olmayacaq, əgər indi məğlub olsaq, həyatımız olmayacaq!"

5 ay ago
A A
Misa saakashvili
“”İndi dayanmaq, yavaşımaq, topu yuvarlamaq vaxtı deyil, indi həlledici inqilabi hərəkətlərin zamanıdır”.

Qerbxeber.com Aktual.ge-ə istinadən xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili bu fikirləri müalicə aldığı “Vivamed” klinikasından Tbilisi Şəhər Məhkəməsində “Sərhədi qanunsuz keçmək” ittihamı ilə bağlı iclasa onlayn qoşularkən səsləndirib.

Onun sözlərinə görə, əgər indi gürcü xalqı məğlub olsa, ölkə və gələcək olmayacaq.

“Vətən sevgisi çox güclü hissdir. Bu, heç bir sarayla, gəlirlə, səyahətlə və ya dəbdəbə ilə dəyişdirilə bilməz. Mən həyatımı vətən üçün fəda etdim və məhz buna görə 3 ildən çoxdur ki, göy üzünü görməmişəm, günəşin şüasını hiss etməmişəm, təmiz hava udmamışam. Azadlıq uğrunda mübarizə aparan xalqdan dəyərli heç nə yoxdur. Əgər kimləsə paralel aparmaq istəyirsinizsə, bunu 2007-ci ilin 7 noyabrı ilə yox, Rusiya rejimi və ya Aslan Abaşidzenin rejimi ilə aparın. Şevardnadzeni də misal çəkmirəm. Aslan Abaşidze feodal idi.

Bizim bugünkü vəzifəmiz ayıq-sayıq olmaqdır. 20 yanvara qədər onlar hər şeyi öz xeyirlərinə həll etməyə çalışacaqlar. Əgər buna nail olsalar, onda repressiyaların və bədbəxtliyin şahidi olacaqsınız, o zaman diktaturanın əsl simasını görəcəksiniz. Gəlin hər şeyi öz adı ilə çağıraq: dövlət çökmüş vəziyyətdədir, polisə mənim dövrümdə olan etimad indi nifrətlə əvəzlənib. Siz İvanişvilini Saakaşvili ilə müqayisə edirsiniz? Kiməsə bu gün İvanişvili Saakaşvili kimi görünür? Mənim üçün şəxsi rifah və pul heç bir əhəmiyyət kəsb etmir. Biz tələsməli, formamızda olmalıyıq, o cümlədən 20 yanvar üçün. Anlamalıyıq ki, qarşımızda necə böyük bir çağırış var və onlar nəyə qədər gedə bilərlər. Gürcü cəmiyyəti liderdir, nə keçmişin, nə də gələcəyin siyasətçiləri.

Əgər indi məğlub olsaq, ölkəmiz olmayacaq, əgər indi məğlub olsaq, gələcəyimiz olmayacaq, əgər indi məğlub olsaq, həyatımız olmayacaq!

Rusiya xalqı 2012-ci ildə evinə çəkildi və bundan sonra hər cür bədbəxtlik baş verdi. Belarus xalqı evinə çəkildi və eyni faciələr yaşandı. İndi dayanmaq, yavaşımaq, topu yuvarlamaq vaxtı deyil, indi həlledici inqilabi hərəkətlərin zamanıdır. Ümumxalq inqilabı…” , – Mixeil Saakaşvili deyib.

Son xəbərlər

250513 marco rubio ac 956p 007aa1

Biz elə tədbirlər görəcəyik ki, həmin hökumət bunun bədəlini ödəsin

21 May 2025
Andriy yermak

Rusiya oğurladığı uşaqlarıgeri qaytarmasa sülh olmayacaq

21 May 2025
Məhkəme 1111

Məhkəmə Hacı Vəliyevlə bağlı qərar verib

21 May 2025
Imtahan

III qrupa aid altqrupları seçənlər üçün coğrafiya üzrə əlavə imtahan keçiriləcək

21 May 2025
Indir 2025 05 21t160337.618

Gəncədə avtomobillə motosiklet toqquşub

21 May 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.