Türkiyənin İstanbul şəhər bələdiyyəsinə qarşı aparılan terror və korrupsiya ittihamı ilə saxlanılan bələdiyyə sədri Əkrəm İmamoğlu məhkəmənin qərarı ilə həbs edilib.
Qerbxeber.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
***
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu İBB-yə qarşı aparılan istintaq çərçivəsində həbs tələbi ilə məhkəməyə aparılıb.
İmamoğlu martın 19-da korrupsiya ittihamı ilə saxlanılıb və növbəti 4 gün müddətinə həbs edilib. O, müxalif Cümhuriyyət Xalq Partiyasının liderlərindən biri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibidir.
Həbsindən bir neçə gün əvvəl İmamoğlunun diplomu ləğv edilib. Türkiyə qanunvericiliyinə görə, ali təhsili olmayan şəxs prezident postuna seçilə bilməz.