Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

İlkin Süleymanovdan şok ifadə

2 ay ago
A A
ilkin

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə İlkin Süleymanova suallar verilib.

İlkin Süleymanov deyib ki, onun Nərmini qətlə yetirməsi ilə bağlı verdiyi ifadəsi uydurma olub. Həm istintaq, həm də hadisə yerinin yoxlanması zamanı verdiyi ifadələr həqiqəti əks etdirməyib:

“Həmin ifadələri işgəncə altında vermişəm. O vaxt nə danışdığımı özüm də bilməmişəm. Əgər ifadələrimdə həqiqəti demiş olsaydım, o zaman 2020-ci ilin yanvarın 6-da, günün birinci yarısında başqa bir rayonda yas mərasimində olduğumu deməliydim. Özünüz də görürsünüz ki, həqiqəti, əslində, istintaq zamanı deməmişəm, unutmuşam. Bu, faktdır”.

Vəkil Əlibaba Rzayevin sözlərinə görə, iş materiallarında olan şahid ifadələri də göstərir ki, yanvarın 6-da, saat 14:30-dək İlkin Süleymanov başqa bir rayonda yas mərasimində olub.

Daha sonra prosesdə tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan “Səni axtarıram” verilişində Nərminin qətlindən sonra kənddə hazırlanan süjet nümayiş etdirilib.

Verilişdə Nərminin bacısı Şəbnəm Quliyevanın sarı taksinin kəndə gəlməsi, onun özünü də aparmaq istəməsi barədə dediyi hissələrə baxılıb. Verilişdən sonra Nərminin bacısı eyni sözləri istintaq zamanı da deyib.

Vəkil Əlibaba Rzayev bildirib ki, hadisə günü kənddə sarı bir taksinin olması, onu yalnız Nərmin Quliyevanın böyük bacısı Şəbnəm Quliyevanın görməsi barədə məlumatların yayılması uydurmadır:

“Həmin uşağın təsvir etdiyi kimi, hadisə yeri ətrafında sarı taksinin olması doğrudursa, onu uşağın əmisi də görməli idi. Əmisi ifadəsində deyib ki, uşağı yola salan zaman onun arxasınca baxıb. Ən azından, əmisi də taksini görməli idi. Şəbnəmin sarı taksinin dayandığı yeri təsvir edəndən sonra qonşusu ifadə verib və deyib ki, belə bir taksi görməyib. Deyib ki, olsaydı, maşının səsini eşidərdim. Şəbnəmin sözlərini izin itirilməsi üçün ortaya atılmış məlumat kimi qiyməntləndiririk. Bizim fikrimiz belədir. İfadələrlə sübuta yetirilir ki, sarı taksi məsələsi uydurmadır. Əgər bu uydurmadırsa, uşaq uydurması da deyil. Bu, düşünülmüş uydurmadır. Məqsəd nədir, bunu biz hələ bilmirik”.

Vəkil bildirib ki, Nərmin Quliyevanın həm anası, həm də bacısının həmin verilişdə dedikləri ilə məhkəmədə dedikləri arasında ziddiyyətlər var. Onlar verilişdə itkin düşən gün Nərminin xəstə olduğunu deyiblər:

“Amma məhkəmə prosesi zamanı bunu qətiyyətlə gizlədirlər. Səbəbi onlar özləri bilirlər. Bizim üçün də maraqlıdır. Xəstəliyi niyə görə israrla gizlədirlər? Bu, qaranlıqdır”.

Vəkil bildirib ki, qrip xəstəsi olan bir uşağın 47 gün soyuq otaqda saxlanılması qeyri-mümkündür:

“Biz buna işarə edirdik. Amma nəyi gizlədirlər, biz bunu bilmirik”.

İlkin Süleymanov deyib ki, hadisə yerində ifadəsinin yoxlanılması zamanı qohumlarını axtarıb:

“Onları axtarmaqda məqsədim bu cinayəti mənim törətmədiyimi demək istəməyim olub. Amma bilmirdim ki, özümdə güc tapıb, onlara bunu deyə biləcəyəmmi? Amma yenə də gözüm qohumlarımı axtarırdı. Demək istəyirdim ki, bu cinayəti boynuma götürməyə məni məcbur edirlər. Orada, bəlkə də, atamı, anamı görsəm, cəsarətə gələrdim, deyərdim ki, bu cinayəti mən törətməmişəm. Zorla bunu mənim boynuma qoyurlar. Təəssüf ki, mən orada nə atamı, nə anamı, nə qardaşımı, nə bacımı, nə də qonşuları gördüm”.

Əlibaba Rzayev isə deyib ki, İlkin Süleymanov hadisə yerinə gətirilən zaman onun qohumlarını, qonşularının bəzilərini aldatma yolu ilə, bəzilərini isə hədə-qorxu ilə oradan uzaqlaşdırıblar:

“Hətta hadisə yerinə yaxın yaşayan əmisini və ailə üzvlərini də oradan uzaqlaşdırıblar ki, onların heç birini İlkin Süleymanov görməsin. İstintaq bunu qabaqcadan bildiyi üçün bu tədbirləri görüb. Bu da iş materiallarında olan ifadələrlə sübuta yetirilir”.

Vəkil deyib ki, Nərmin Quliyeva itkin düşəndən sonra onun əmisi Lətif Quliyev şübhəli kimi tanıdılıb, bunu Nərminin nənəsi Minayə İsmayılova da səsləndirib:

“Bununla bağlı Lətifi saxlayıblar, sonra da sərbəst buraxıblar”.

Əlibaba Rzayev bildirib ki, istintaqın təqdim etdiyi materiallarda İlkin Süleymanovun ifadəsindən başqa, cinayəti sübut edəcək heç bir fakt yoxdur.

Prosesdə İlkin Süleymanov Nərmin Quliyevanın atası Şərif Quliyevə: “Nəyə əsasən deyirsən ki, qızının qatili mənəm?” – sualını ünvanlayıb.

Şərif Quliyev cavab verib ki, ona qətli İlkin Süleymanovun törətdiyini Baş Prokurorluqdan deyiblər:

“Amma mənim öz əlimdə heç bir fakt yoxdur ki, bu cinayəti sən törətmisən. Mən mənə deyilənlərin əsasında deyirəm”.

Növbəti proses noyabrın 30-da davam edəcək.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyeva qətlə yetirilib. Onun yandırılmış meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adamöldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrumetmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Son xəbərlər

63dea3bae48c863dea3bae48c9167553529063dea3bae48c663dea3bae48c7

ABŞ kosmik müharibəyə hazırlaşır

05 Fevral 2023
16754148967051944_1200x630

Tovuzlu gənc rubik kubunu yığan robot düzəldib

05 Fevral 2023
FotoJet (9)

DİN: Tovuz sakinin Kürdə batması ilə bağlı araşdırma aparılır

05 Fevral 2023
bıçaqqqqqqqqqq

Şəmkirdəki dəhşətli qətlin təfərrüatları

04 Fevral 2023
indir - 2023-02-04T140245.799

Qobustan qoruğu haqqında məlumat

04 Fevral 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.