Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

İlkin Süleymanov: Şahlar Cəfərov əlindəki su butulkasını başıma çırpdı

1 ay ago
A A
ilkin-suleymanov

Tovuzun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmə araşdırması davam etdirilir.

“Qərb Xəbər” “Qafqazinfo”ya istinadən bildirir ki, keçirilən prosesdə İlkin Süleymanov vəkillərin suallarını cavablandırıb.

Əvvəlcə ona Nərmin itkin düşən gün harada olması haqda sual verilib. O bildirib ki, həmin gecə bacısı İlhamə Süleymanovanın evində qalıb:

“Uşaq itkin düşdüyü gecə bacımgildə qalmışam. Ertəsi gün oradan qayıdan qonşular da məni görüb. Çıxanda gördüm ki, Nərminin əmilərigilin qapısında xeyli polis var. Xatırlayıram ki, kənddəki çoban Maarif də orada idi. Həmin vaxt gələndə yolda kənd sakinləri İmran Dəmirov və Aqil Abdullayevin qarşısından keçdim.

Ondan bir gün əvvəl də orada qalmışdım. Atam oktyabrda insult olmuşdu, axşamlar bacım gəlib yanında qalırdı. Mən də onun həyətində toyuq-cücəsi, təsərrüfatı var deyə, axşamlar ora gedib, yerbəyer eləyirdim”.

Daha sonra İlkin həyətlərində olan, uşağın 47 gün saxlandığı iddia olunan evə yalnız dəzgah işlətmək üçün girdiyini bildirib.

Daha sonra Süleymanov polis şöbəsində dindirilmə epizodu ilə bağlı danışıb. O deyib ki, şöbədə olanda yanında vəkil olmayıb:

“Dövlət hesabına təyin edilən vəkil sonradan gəldi. Mən vəkili dindirmə yekunlaşandan sonra görmüşəm. Etiraf ifadəsini imzalayandan sonra protokollar vəkilə verildi, o da imzaladı. Birinci işgəncədən sonra məni zirzəmiyə apardılar. Müstəntiq Nadir Mirzəyev soruşdu ki, nəsə demək istəyirsən?

Dedim ki, “bu işi mən eləməmişəm, məni burada möhkəm incidirlər”. Müstəntiq gedəndən sonra Tovuzun prokuroru Elçin Qəhrəmanov və polis rəisinin müavini Şahlar Cəfərov gəldi. Yanvarın 9-dan 10-na keçən gecə mənə dözülməz işgəncələr verdilər. Onda gördüm ki, başqa yol yoxdur, üzərimə götürməliyəm.

Tələb olunan ifadəni verməyə razılaşandan sonra dindirmə polis rəisinin müavini Şahlar Cəfərovun otağında oldu. Özü də orada idi. Bəzən suallara cavab verə bilmirdim, çətinlik çəkirdim. Şahlar Cəfərov əlindəki su butulkasını başıma çırpdı. Polis rəisi Şirzad Əsgərov yumruğunu düyünləyib üstümə gələndə Qılıcov (Baş Prokurorluğun idarə rəisi Kamal Qılıcovu nəzərdə tutur) qoymadı”.

Vəkillər qeyd edib ki, İlkin Süleymanov 2020-ci ilin yanvar ayında 4 dəfə dindirilib – ikisi şahid, biri şübhəli şəxs, biri isə təqsirləndirilən şəxs qismində. İlkin isə onu ilk dəfə yanvarın 8-də şahid qismində dindirdiklərini deyib:

“Dedim ki, uşağın oğurlanmasından da, öldürülməsindən də xəbəri yoxdur. Yanvarın 9-da dözülməz işgəncəyə məruz qalandan sonra istənilən ifadəni verməyə razılaşdım. Bir də ayın 10-da səhər tezdən dindirilmişəm. Başqa dindirmə olmayıb. Amma mənə imzalamaq üçün çoxlu sənədlər gətirmişdilər. Onları oxumadan imzalamışam.

Etiraf ifadəsindən sonra evə gətirib videoçəkiliş apardılar. Evdə heç kim yox idi. İnandığım yaxın adamlardan kimisə görsəydim, bəlkə, ürəklənib deyərdim ki, mənim başıma bu oyunları açıblar. Bəlkə də deməzdim. Çünki anlayırdım ki, onların əlindəyəm, qaytarandan sonra daha ağır işgəncə verə bilərlər. Mən polis şöbəsində olanda ekspert-həkim gəlmişdi. Soruşdu ki, sənə nə olub? Demədim. Mənə işgəncə verilən qurumda idim, necə deyəydim? Onu fikirləşirdim ki, nə olursa olsun, buradan uzaqlaşım.

Ekspertə desəydim, sonra məni daha pis vəziyyətə qoya bilərdilər. Yəni başıma gələnlərin daha pis formada təkrarlana biləcəyindən ehtiyatlanırdım. Həbs qərarı üçün məhkəməyə aparanda da orada polis rəisi Şirzad Əsgərov başımın üstündə idi. Məhkəmənin qarşısında da tanış heç kimi görmədim. Ona görə qorxudan həqiqəti demədim. Amma apellyasiya məhkəməsində hamısını danışdım, üstümdəki xəsarət izlərini də göstərdim”.

Hakim Nərminin atası Şərif Quliyevdən İlkinə sualı olub-olmadığını soruşub. O, heç bir sualı olmadığını bildirib.

Məhkəmə prosesi iyunun 1-də davam edəcək.

Qeyd edək ki, İlkin Süleymanov tərəfindən adları çəkilən Kamal Qılıcov hadisə zamanı Baş Prokurorluğun DİN orqanlarında istintaq və araşdırmalara nəzarət İdarəsinin rəisi (hazırda Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin rəisi), Şirzad Əsgərov Tovuz RPŞ-nin rəisi (hazırda təqaüdə göndərilib) və Şahlar Cəfərov Tovuz RPŞ-nin rəis müavini idi (hazırda Yevlax RPŞ-nin rəis müavinidir). Elçin Qəhrəmanov isə həmin ərəfədə Tovuz rayonunun prokuroru kimi çalışırdı.

48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi faktını təkzib edir.

Son xəbərlər

460f3d0c-edf3-38f3-b503-cb9463d7ee41_850

Gəncə Şəhər Məhkəməsinə sədr, sədr müavini və hakimlər təyin edilib

01 İyul 2022
ilkin-suleymanov

Prezident İlkin Suleymanovu həbs edən hakimi işdən çıxardı

01 İyul 2022
indir (6)

Nazir: “Meymunçiçəyi virusuna qarşı heç bir vaksinasiya nəzərdə tutulmur”

01 İyul 2022
ccaac482-6c13-3267-8110-61d4b983f935_850

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb

01 İyul 2022
hava

İyul ayına olan hava proqnozu açıqlanıb

01 İyul 2022
logo-footer-ag

Saytımız 2018-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology
  • +994504089711
  • +994222955493
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.