Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

“İlk fürsətdə Qazaxın 7 kəndi və Kərki azad olunacaq“

3 ay ago
A A
qazax
“Kərki kəndi Zəngəzur dəhlizi faktoruna görə, strateji əhəmiyyətə malikdir”.

“Qərb Xəbər” “XəzərNews.az”a istiadən xəbər verir ki, bu barədə AY Partiya Başqanının siyasi işlər üzrə müavini Rəşad Bakuvi çıxış edib.

Onun sözlərinə görə, indi belə xəbərlər gəzib-dolaşır ki, 2023-cü ildə Azərbaycanla Ermənistan arasında daha bir qanlı müharibənin olması ehtimalı var:

“Artıq çox nüfuzlu beynəlxalq hərbi nəşrlər, informasiya orqanları da etibarlı mənbələrə istinad etdiklərini iddia edərək xəbər verirlər ki, guya hərbi toqquşma qaçılmazdır. Həm də belə yazırlar ki, baş verə biləcək müharibə uzun çəkməyəcək, lakin nəticələri Ermənistan üçün dramatik olacaq. Qərb analitikləri dramatik deyəndə nələri nəzərdə tutduqlarını açıqlamayıblar, ancaq hər bir halda bu söz müəyyən ehtimallar irəli sürməyə ip ucu verir. Əslində, elə biz də hər zaman vurğulayırıq ki, əgər iki ölkə arasıda sülh yoxdursa, barış ümidləri hər dəfə suya düşürsə, deməli, mübaribə proqnozları hər zaman aktual olaraq qalacaq. Hər kəsin bir versiyası var, mənim də öz versiyam var”.

Rəşad Bakuvinin ehtimalına görə, rəsmi Bakı bu dəfə də israrla əl uzatdığı, təkid elədiyi sülh danışıqlarından bir nəticə əldə etməsə və hərbi əməliyyata əl atsa, o zaman böyük ehtimal var ki, yaranan ilk fürsətdəcə məhz Qazaxın 7 kəndi və Naxçıvandakı Kərki kəndini geri almaq əsas mühüm hədəf olacaq:

“Qərbin tirajladığı “müharibə olarsa, bunun Ermənistan üçün dramatik nəticəsi olacaq” cümləsinin arxasında, bax, bu dayana bilər. Azərbaycan 2020-ci ildən bu yana sırf bu məsələdə də kifayət qədər səbr nümayiş etdirib və ortada nəticə yoxdur, bu yaşayış məntəqələri hələ də Azərbaycanın yurisdiksiyası altında deyil. Hazırda bununla əlaqədar ən yüksək səviyyədə ciddi hərbi-siyasi məsləhətləşmələrin, müttəfiqlərlə qarşılıqlı fikir alış-verişinin getdiyinə zərrə şübhə eləmirəm. Səhv etmirəmsə, dövlət başçısı Əliyev ən son Fransa prezidenti Makronla telefon danışığında məhz bu kəndləri xatırladaraq demişdi ki, Ermənistan əldə olunmuş razılaşmalara (10 noyabr üçtərəfli atəşkəs bəyannaməsi) dair üzərinə götürdüyü bir sıra öhdəliklərini icra etmir, eləcə də məlum kəndləri Azərbaycana təhvil vermir. Bəlli olur ki, Qazaxın 7 kəndi və Kərki kəndi məsələsi prioritetdir. Bu, həm də, hərbi eskalasiya olacağı halda, Ermənistanın havadarlarının arta biləcək siyasi təzyiqlərinə “…Azərbaycan müstəsna hüququ olan suveren ərazilərini geri qaytarır, ədaləti və hüququ, beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü bərpa edir” cavabını yaradacaq və beynəlxalq müstəvidə də haqlı tərəf kimi önə çıxaracaq rəsmi Bakını. Çünki hərbi planda başqa hədəflərin qoyulması, düşünürəm ki, indiki kritik məqamda, nə rəsmi Bakıya sərf edir, nə də buna gərək var”.

AY Partiya rəsmisinin fikrincə masada məhz Qazaxın kəndləri və Kərkinin hərbi yolla geri qaytarılması planı var:

“Təsadüfi deyil ki, Rusiya da ötən illərdən məhz o istiqamətdə hərbi baza inşa etməyə başlamışdı. Bu da rəsmi Bakının və hərbi komandanlığın diqqətindən qaçmayıb. Həmçinin ötən ilin sonlarından etibarən Naxçıvanda baş verənlərin həm də bununla əlaqədar olma ehtimalı güclüdür. Mən, qısamüddətli də olsa, hərbi toqquşma olacaqsa, məhz bu istiqamətlərdə uğurlu əməliyyatların olacağını gözləyırəm. Kərki kəndi Zəngəzur dəhlizi faktoruna görə kifayət qədər strateji əhəmiyyətə malikdir”.

Son xəbərlər

mq2

Qazaxda qədim nağara musiqi alətini hazırlayan və yaşadan ailə

25 Mart 2023
iran ordu

“Tehran Ermənistana ordusunu yerləşdirmək fikrindədir” – Ekspert

25 Mart 2023
sərhəd

Qazaxda sərhədi pozanlar saxlanılıb

25 Mart 2023
FotoJet (16) (2)

Şəmkir sakini: “Evin bütün mebelləri, divarları silkələndi” – Video

25 Mart 2023
f224f425-d5d1-3d12-9693-e5d9ac809fed_850

“Qarabağ” – “Qalatasaray” matçı ilə bağlı Bakı metropoliteni iş rejimində dəyişikliklər edəcək

25 Mart 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.